Bölmə aşpazı (Chef De Partie)
 
JOB TITLE: Bölmə aşpazı (Chef De Partie)
EMPLOYER: Groupone LLC (PAUL restaurant chain) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-14 LAST UPDATED: N/A DEADLINE: 2019-09-13

Groupone” MMC şirkəti  PAUL restoranlar şəbəkəsinə  aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir:

Vəzifə: Bölmə aşpazı (Chef De Partie)

Vəzifə öhdəlikləri:

• Yeməklər və qida məhsullarının tələb edilən standarta müvafiq olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək.
• Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
• İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
• Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək.
• Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
• Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
• “Biz bir komandayıq!” şüarı altında digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
• Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməyə çalışmaq.

Namizədə olan tələblər

• Bölmə Aşpazı kimi 2-3 il iş təcrübəsinə malik olmaq;
• Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
• Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini bilənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Bölmə Aşpazı (CDP)” qeyd edərək CV-lərini hr@paul.az elektron ünvanına 20.08.2019-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP