BPM sisteminin inzibatçısı
 
JOB TITLE: BPM sisteminin inzibatçısı
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-15 LAST UPDATED: N/A DEADLINE: 2019-09-14

“ABB” ASC BPM sisteminin inzibatçısı axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Application server-lərin quraşdırılması və inzibatçılığı ;
 Gündəlik yaranan problemlərin aradan qaldırılması ;
 Applicationların daima yenilinməsi(update version);
 Applicationlarda biznes strukturların tələblərinə uyğun olaraq sazlanmaları.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Sahə üzrə minimum 3 il iş təcrübəsi
 Analatiki bacarıqlar və problemləri həll etmək bacarığı;
 IBM Webspher biliyi;
 Azərbaycan və rus dili biliyi.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “BPM sisteminin inzibatçısı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP