Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-16 LAST UPDATED: N/A DEADLINE: 2019-09-15

“PAŞA Sığorta” ASC namizədləri Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
• Hadisə barəsində məlumatı birbaşa və ya dolayısı yolla əldə etdikdən dərhal sonra hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
• Sığorta hadisələri üzrə sənədləşmənin və uçotun aparılması;
• Müvafiq dovlət orqanlarına və təşkilatlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;
• İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi;
• Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;
• Biznes sahəsində və ya müştərilər ilə minimum 1 il iş təcrübəsi.
• Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi;
• Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilinin əsaslarını bilmək.
• Ünsiyyət qurmaq bacarığı;
• Stressə davamlılıq.

Son müraciət tarixi: 30 avqust, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP