Strateji idarəetmə üzrə baş mütəxəssis
 
JOB TITLE: Strateji idarəetmə üzrə baş mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-16 LAST UPDATED: N/A DEADLINE: 2019-09-15

“PAŞA Sığorta” ASC namizədləri Strateji idarəetmə üzrə baş mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Rəqabət strategiyasının seçilməsi prosesində iştirak etmək;
• Şirkətin strateji planının hazırlanmasında iştirak etmək;
• Strateji plan üzrə proqnoz, maliyyə göstəricilər modelinin hazırlanmasında iştirak etmək;
• Strateji planın icrası üzrə dövrü monitorinq aparmaq və nəticələr üzrə hesabat hazırlamaq;
• Əməliyyat planının hazırlanmasında və onun izlənilməsində iştirak etmək;
• Yerli və xarici Sığorta bazarları ilə bağlı araşdırmalar aparmaq;
• Daxili təlimat və qaydalara əsasən sənədlərin operativ və keyfiyyətli hazırlanmasını, onların icrasını və kargüzarlığın aparılmasını təşkil etmək;
• Daxili və xarici istifadəçilərə təqdim etmək üçün şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatların hazırlanmasını icra etmək.

Bilik və bacarıqlar:

• Riyaziyyat və ya iqtisadiyyat istiqamətində ali təhsil;
• Strategiya və araşdırmalar və ya modelləşdirmə üzrə ən azı 4 il iş təcrübəsi.
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyinin olması arzu olunandır;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Peşəkar təqdimat bacarıqları.
• MS Office üzrə qabaqcıl istifadə bacarıqları

Son müraciət tarixi: 30 avqust, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP