Maliyyə Meneceri (Baş mühasib)
 
JOB TITLE: Maliyyə Meneceri (Baş mühasib)
EMPLOYER: Yalama Aqropark MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-20 LAST UPDATED: N/A DEADLINE: 2019-09-19

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMCMaliyyə Meneceri (Baş mühasib)” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları

• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələri tərtib etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət etmək;
• Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək;
• Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
• Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik edir, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
• Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil etmək;
• Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirmək;
• Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlamaq.

Tələblər

• Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi
• İş stajı: Mаliyyə sаhəsində üç ildən аz оlmаyаrаq iş təcrübəsi
• Dil biliyi: Azərbaycan, Rus, İngilis Səviyyə: Əla
• Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
• Elektron Maliyyə programları bilik və işlətmə bacarığı.
• 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (istehsal/satış)
• Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Maliyyə Meneceri (Baş mühasib)” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP