Zootexniki xidmət üzrə bölmə rəhbəri
 
JOB TITLE: Zootexniki xidmət üzrə bölmə rəhbəri
EMPLOYER: Yalama Aqropark MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-20 LAST UPDATED: N/A DEADLINE: 2019-09-19

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Zootexniki xidmət üzrə bölmə rəhbəri” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları

• Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.
• Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə Yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.
• Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu təşkil edir, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.
• Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.
• Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.
• Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.
• İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etdir;

Tələblər

• Təhsil: Kənd təsərrüfatı sahəsində ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti bitirənə üstünlük veriləcəkdir)
• Zootexniki xidmət üzrə ən azı 3 il iş təcrübəsi
• İngilis dilini yaxşı bilmək
• Xaçmaz/Qusar/Quba rayonlarından olan namizədlərə üstünlük verilir
• Kənd təsərrüfatı sahəsində işləyənlərə üstünlük verilir
• MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Zootexniki xidmət üzrə bölmə rəhbəri” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP