Baş anbardar
 
JOB TITLE: Baş anbardar
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-20 LAST UPDATED: N/A DEADLINE: 2019-09-19

Şirkət: “A+CO” MMC (Xırdalan şəhəri)

Vəzifə: Baş anbardar

İş qrafiki: 6 gün ( Şənbə günü qısa iş günü)

Əmək haqqı: 1000-1500 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi olmalıdır.
2. 24-40 Yaş aralığı
3. LOGO proqramından və Micorsoft office proqramlarından sərbəst istifadə bacarığı

Ümümi Tələblər:

1. İdarəetmə qabiliyyətinin olması,
2. Məsuliyyətli və komanda ilə işləmək bacarığı,
3. Disiplin və planlı işləmək bacarığı.

Vəzifə Öhdəlikləri:

1. Anbar işinin tənzimlənməsini təmin etmək
2. Məhsulun və ya digər Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsinə nəzarət və rəhbərlik etmək .
3. Lazım olan material və inventarın təcili tapılmasının, təşkili,həyata keçirilməsinə nəzarət və rəhbərlik etmək.
4. Malın müddəti ilə bağlı Keyfiyyət menecerinə və Satış Şöbəsinə həftəlik məlumatların verilməsi.
5. Satış nümayəndəsi tərəfindən yazılan qaimələr əsasında məhsulların çeşidlərlə yığılması və avtomobillərə yüklənməsinə nəzarət və rəhbərlik etmək;
6. Yeni gələn malların bir öncə gələn məhsullardan arxa sıralara səliqəli yığılmasına nəzarət və rəhbərlik etmək;
7. Vaqonlarla və yük avtomobillərilə gələn məhsulların qəbul edilməsi, boşaldılması və məhsulların aidiyyati anbarlar üzrə çeşidlərə və müddətinə görə yığılmasına nəzarət və rəhbərlik etmək;
8. Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsinə. Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaricnsənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsinə, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət və rəhbərlik etmək.
9. Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
10. Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsinə rəhbərlik və nəzarət etmək. Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Baş anbardar” vəzifəsini qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP