Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Ayan MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-21 LAST UPDATED: N/A DEADLINE: 2019-09-20

Mal və materialların,xidmətlərin,istehsal əməliyyatlarının uçotu üzrə mühasib

Ayan MMC şirkəti İstehsalat və xidmət sahələri üzrə mühasib vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri

1. İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və  hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək;
2. Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
3. Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək; 
4. Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək;
5. Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
6. Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
7. Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
8. Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
9. Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.;
10. Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər

- Kişi namizədlərə üstünlük verilir;
- Tələb olunan yaş həddi: 25-38;
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta.
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- İFRS,ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice) üstünlük verilir;
- Beynəlxalq sertifikasiya arzuolunandır;
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
 
Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 6 gün, 08:00 – 17:00
 
CV-lərinizi sh.esgerova@ayanltd.az ünvanına “Mühasib” başlığı ilə göndərə bilərsiniz.

Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlaqə nömrələri: +994552090362

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP