Çörəkçi
 
JOB TITLE: Çörəkçi
EMPLOYER: “Groupone” LLC (Paul restaurant chain) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-21 LAST UPDATED: 2019-08-21 DEADLINE: 2019-09-20

“Groupone” MMC şirkəti
PAUL restoranlar şəbəkəsinə aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir:

Vəzifə: Çörəkçi

Vəzifə öhdəlikləri:

• Çörək çeşidlərinin yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasının və təsdiq edilməsini həyata keçirir;
• xammaldan, məhsullardan səmərəli istifadə olunmasına, çörək çeşidlərinin hazırlanma texnologiyası qaydalarına əməl edir;
• ictimai iaşə məhsullarının istehsalının mütərəqqi texnoloji proseslərin tətbiqi və əhaliyə xidmətin təkmilləşdirilməsi, istehsal və xidmət mədəniyyətinin yüksəldilməsi üzrə təklifləri işləyib hazırlayır.
• pəhrizli çörək çeşidlərinin hazırlanması əsaslarını, eləcə də hazırlanmasında istifadə olunan xammalın emal olunması növlərini və üsullarını, itkilərin azaldılmasını və istilik prosesi zamanı qida keyfiyyətlərinin saxlanılması qaydalarına riayət etmək;
• milli və xarici mətbəxlərin çörək çeşidlərinin bişirilməsi xüsusiyyətlərini tətbiq edir;
• hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələrinin istifadəsini.

Tələblər:

• Təhsil: orta
• Yaş həddi: 18-35
• Cinsi: Kişi və ya qadın
• İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq
• Dil bilikləri: azərbaycan və rus dilləri (əla), ingilis dili biliyinə üstünlük verilir
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
• Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əmək şəraiti:

• Əmək haqqı: razılaşma yolu ilə
• 6 günlük növbəli qrafik
• Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydaları: CV-nizi hr@paul.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Çörəkçi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP