Qaynaqçı
 
JOB TITLE: Qaynaqçı
EMPLOYER: Damla MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-27 LAST UPDATED: N/A DEADLINE: 2019-09-26

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Qaynaqçı

Vəzifə öhdəlikləri:

 Metal komponentləri qaynaq etmək, birləşdirmək;
 Qaynaq işlərini yerinə yetirərkən, qoruyucu maska, önlük və ya əlcək kimi qoruyucu geyimlərdən istifadə etmək;
 Qaynağın xüsusiyyətlərindən asılı olaraq qaynağın gedişinə və onların həyata keçməsinə diqqət etməli;

Namizədə tələblər:

 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
 Müvafiq sahə üzrə sertifikat arzuolunandır;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədə görə müəyyən ediləcək;
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Qaynaqçı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP