Art Direktor
 
JOB TITLE: Art Direktor
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-27 LAST UPDATED: N/A DEADLINE: 2019-09-26

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Art Direktor

Vəzifə öhdəlikləri:

• Dizaynın yaradılması;
• Layihənin vizualizasiyasının və onun tərkib hissələrinin idarə edilməsi;
• Layihənin inkişafı üçün yeni istiqamətdə konsepsiyanın yaradılması;
• Yaradıcı komandaya bədii konsepsiyanın ötürülməsi;
• İstehsalat məsələlərini aidiyyati və digər şöbə rəhbərləri ilə koordinasiya etmək;
• Tabeçiliyində olan işçilərin inkişafı;
• İdeaların hazırlanması və təqdim edilməsi;
• Layihənin, brendin və ya məhsulun stragiyasının yaradılması və tətbiq edilməsi;
• Dizaynerlər komandasının idarə edilməsi;
• İcraçı və tərəfdaş şirkətlərlə münasibətlərin qurulması;
• Yaradılmış strategiyanın tətbiqinin kurasiyası.

Tələblər:

• Uyğun sahədə iş təcrübəsi;
• Çap və rəqəmsal proseslərlə tanış olmalı;
• Yaradıcılıq və bədii zövqə malik olmalı;
• Məsuliyyətli və komandada işləmək bacarığı olmalıdır.

Arzu olunan tələblər:

• Rəsm çəkmək bacarığı;
• Nəticə yönümlü olmalı;
• İlhamlandırma bacarığı.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Art Direktor” qeyd edərək CV formasını ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP