Heyəti sədrinin aparatına Mütəxəssis və ya Aparıcı Mütəxəssis
 
JOB TITLE: Heyəti sədrinin aparatına Mütəxəssis və ya Aparıcı Mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-29 LAST UPDATED: N/A DEADLINE: 2019-09-28



“ABB” ASC İdarə Heyəti sədrinin aparatına Mütəxəssis və ya Aparıcı Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın idarəetmə orqanlarının və komitələrinin iclaslarının təşkil edilməsində iştirak etmək;
 İdarəetmə orqanları və komitələrin iclaslarının gündəliyini formalaşdırmaq və iclasların protokollarını aparmaq;
 Bankın İdarəetmə orqanları və komitələrin qərarlarının layihələrini hazırlanması, razılaşdırılması, rəsmiləşdirilməsi və reyestrinin aparılması işində iştirak etmək;
 Menecment görüşlərinin təşkilində iştirak etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (Hüquq, iqtisadiyyat və idarəetmə üzrə təhsil arzuolunandır);
 Sahə üzrə minimum 1 il iş təcrübəsi;
 MS Office proqramlarında işləmək bacarığı;
 Azərbaycan və rus dillərində səlis yazı və danışıq bacarığı, ingilis dili üstünlükdür.

Şəxsi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Təşkilatçılıq və koordinasiya bacarığı;
 Təqdimat bacarığı;
 Analitik təhlil bacarığı;
 Yazılı və şifahi ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Ümumi və əsas idarəetmə prosesləri ilə yaxından tanışlıq;
• Bank sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
• Sistem quruculuğu istiqamətində yeni və faydalı təcrübə;
• Normativ yaradıcılıq və yazı bacarıqlarının inkişafı;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 sentyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(İdarə Heyəti sədrinin aparatına namizəd)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP