Psixoloq ( ingilis dili)
 
JOB TITLE: Psixoloq ( ingilis dili)
EMPLOYER: XXI Century International Education and Innovation Centre DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-30 LAST UPDATED: N/A DEADLINE: 2019-09-29

Vakansiya: Psixoloq ( ingilis dili)

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinə Psixoloq vəzifəsi üçün vakansiya mövcuddur.

Bilməlidir:

• Praktiki psixologiya üzrə Təhsil və tərbiyə əsaslı təşkilatların əsasnamə, sərəncam və əmrlərini;
• Tələb olunan sahə üzrə metodiki normativ və digər rəhbər sənədləri;
• Əməyin və idarəetmənin psixologiyasını, uşaq, gənc psixologiyası və və sosial psixologiyanın əsaslarını;
• İşçilərin əmək fəaliyyətinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodlarını;
• Əmək şəraitinin öyrənilməsində istifadə edilən texniki vasitələri və psixologiya sahəsində bu istiqamətdə mövcud olan qabaqcıl təcrübəni;
• Əməyin və idarəetmənin təşkilinin əsaslarını; peşəyönümü işinin əsaslarını; əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
• Müvafiq program təminatından istifadə etməyi;
• MS Office biliklərinə malik olmalıdır;

Тələblər:

• İxtisas üzrə Ali pedaqoji təhsil;
• İngilis dili bacarığı;
• İxtisası üzrə 1 ildən az olmayaraq iş təcrübəsi;
• Kompyuterdən və texniki avadanlıqlardan istifadə;
• Savadlı nitq;
• Komandada işləmək bacarığı;
• Təşkilati bacarıqlar;
• Psixoloji sabitlik;
• Tez qərar qəbul etmək bacarığı

Şəxsi keyfiyyətlər

• Yüksək məsuliyyət və mənəvi sabitlik;
• Münasibət qurma bacarığı;
• Uşaqlara sevgi ;
• Empatiya (mərhəmətlilik);
• Dürüstlük;
• Xeyirxahlıq

Qeyd: CV göndərmək istəyən namizədlər aşağıdakı linkə daxil olub göndərə bilərsiniz
https://www.21esr.com/career/jobaz/vacancy/14-psixoloq

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP