Marketinq araşdırmaları və biznes analitikası üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq araşdırmaları və biznes analitikası üzrə mütəxəssis
EMPLOYER: Bimpact research&consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-30 LAST UPDATED: 2019-08-30 DEADLINE: 2019-09-29

Vakansiya: Marketinq araşdırmaları və biznes analitikası üzrə mütəxəssis

Şirkət: Bimpact research&consulting

İş təcrübəsi labüd deyil. Universiteti yeni bitirmiş, öyrənmək və istiqamət üzrə karyera qurmaq istəyən namizədlər müraciət edə bilər. İqtisadiyyat, marketinq və tələblərdə göstərilmiş digər istiqamətlər üzrə bilikləri yaxşı səviyyədə olan, biznes təfəkkürü və analiz qabiliyyəti olan namizədlərə üstünlük veriləcək.

Namizəd üçün tələblər:

● Ali təhsil
● İqtisadiyyat, marketinq və biznes nəzəriyyəsinə dair biliklər: Ümumi biliklər, marketinq və biznesdə istifadə olunan təhlil modelləri və çərçivələri ilə tanışlıq
● Marketinq araşdırmaları üzrə biliklər
● Biznes təfəkkürü və analiz qabiliyyəti
● Kritik düşünmə, problem həll etmə, hipotezlər irəli sürmə və əsaslandırma qabiliyyəti
● Davamlı öyrənmə istəyi və qabiliyyəti
● Datanın manipulyasiyası və analiz qabiliyyəti
● İngilis dili (Biznes ingilis dili üstünlükdür)
● Ofis proqramları

İşin təsviri və vəzifə öhdəlikləri:

1. İdarəetməsində olan marketinq araşdırmaları, fizibiliti araşdırmaları və digər layihələr üçün proposalların və “inception report”ların yazılması
2. Layihələrin fəaliyyət planını hazırlamaq və icrasını təmin etmək
3. Layihə üçün tələb olunan insan resurslarını və digər resursları seçmək, cəlb etmək və bölüşdürmək
4. Məlumatların emalı, analizi, nəticələrin və insaytların alınması
5. Müraciət etmiş müştərilərlə və digər maraqlı tərəflərlə danışıq və ya görüşlərin keçirilməsi, onların biznes ehtiyaclarının və problemlərinin öyrənilməsi - brifin yazılmasına dəstək
6. Marketinq araşdırmaları və digər layihələrin dizayn olunmasında (metod, üsul və vasitələrin, modellərin, mənbələrin seçilməsi və s.) iştirak etmək
7. Marketinq araşdırması hesabatlarının, fizibiliti hesabatlarının, biznes planların, strategiyaların, fəaliyyət planlarının və digər “deliverable”ların hazırlanması və ya hazırlanması prosesində iştirak.

İşin və şirkətin sizə verdiyi vədlər:

● İdarəetmə hər keçən gün daha çox dataya, etibarlı araşdırma və analizə əsaslanır. Ölkəmizdə və dünyada bu istiqamətdə olan işlərə tələb getdikcə artmaqdadır.
● Monoton işlərdən və eyni sektorda işləməkdən sıxılırsınızsa bu iş sizin üçündür. Özünüzü bir gün kənd təsərrüfatı ilə bağlı işlərin içində, on gün sonra cloud texnologiyaları ilə bağlı işdə, bir ay sonra FMCG sektorunda görə bilərsiniz. Həmçinin hər iş daxilində prosesin bütün mərhələsində iştirak edirsiniz.
● Öyrənmə mühiti, kompleks problemlərə komanda şəklində həll yolları tapmaq
● Biznesin bütün əsas funksiyaları, xüsusilə araşdırma və təhlillə bağlı nəzəri və praqmatik biliklərin; IBM SPSS, Excel kimi proqramlarla işləmə bacarıqlarının öyrədilməsi. Ehtiyac olduqda SQL, R, Python, Power BI, Data Studio kimi alətlərdən istifadə etmə imkanı.
● Yenilikçi şirkətdə özünüzü təsdiq etmə, onunla birlikdə böyümə imkanı
● İdeyalarınızı reallaşdırmaq və test etmək üçün inkişaf mühiti.

İş vaxtı: Həftənin 5 günü, 9:00-18:00. Şənbə günləri yarım iş günü olub, təlim, inkişaf yönümlü görüşlər və gələcək proyektlərin müzakirəsi üçün nəzərdə tutulub (yalnız müəyyən həftələrdə).

CV – lərinizi, varsa motivasiya məktubunuzu və ya təkliflərinizi aşağıdakı e-mail ünvanına mövzu hissəsində vakansiyanın adını yazmaqla göndərin.

E-mail: career@bimpact.az

Son müraciət tarixi: 25.09.2019-cu il (tez müraciət edən namizədlərin seçilmə şansı çoxdur)

Şirkət haqqında məlumat: www.bimpact.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP