Satış üzrə Menecer
 
JOB TITLE: Satış üzrə Menecer
EMPLOYER: Akidil MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-30 LAST UPDATED: N/A DEADLINE: 2019-09-29

Almaniyanın EJOT firması dünyanın 30 ölkəsində fəaliyyət göstərən 90 illik tarixə malik bir brenddir. EJOT Brendinin Bakı ofisi 2017-ci ildə qurulmuşdur.

Akidil “MMC “EJOT” brendinin metal –tikinti materiallarının satışını həyata keçirən şirkətdir.

“Akidil” MMC-nə Satış üzrə Menecer tələb olunur.

Əsas vəzifələr:

• Satış meneceri şirkətin metal –tikinti materiallarının satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.
• Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
• Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
• Müştərilər haqqında məlumat toplayır və onlarla əlaqə qurub əməkdaşlıq edir.
• Satış bazarında reklama ehtiyacını təhlil edir, dəyərləndirir və satışını həyata keçirir.
• Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.
• Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
• Müştəriyə daha çox məhsul almağa sövq edir.
• Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına nail olur.
• Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.
• Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

 Ali təhsil;
 Tikinti materiallarının satışı sahəsində ən azı 3il iş təcrübəsi;
 Müştəri bazası olan namizədlərə üstünlük verilir;
 Azərbaycan və rus, türk və ingilis dillərinində sərbəst danışıq qabiliyyəti,
 Yüksək səviyyəli ünsiyyət bacarıqları;
 Təqdimetmə bacarıqları;
 Dünya görüşü və biliyə həvəs;
 Komandada işləmək bacarığı;
 Çeviklik və tez öyrənmə bacarığı;
 Stressə dözümlülük və gərgn qrafiklə işləmək bacarığı;
 Kompüter bilikləri (MS Office).

Sizə nə təklif edirik :

• Gənc və şən kollektiv;
• Karyera qurulması imkanı;
• İşgüzar danışıqlar üçün telefon limiti;
• Əmək haqqı - 1500 AZN + bonuslar

Maraqlanan namizədlərin CV-lərini hr@bsc-group.az ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP