Qrafik Dizayner
 
JOB TITLE: Qrafik Dizayner
EMPLOYER: Times Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-03 LAST UPDATED: 2019-09-04 DEADLINE: 2019-10-03

Times Consulting reklam şrkətinə Qrafik Dizayner tələb olunur.

Times Consulting 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcıların satılmasıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərin göstərilməsi ilə də məşğuldur.

Əsas vəzifələr:

• Şirkətin və şirkət müştarilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərini yerinə yetirir;
• Kreativ Direktorun göstərişlərinə əsasən müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir vı hazır reklam dizaynlarını təqdim edir;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
• Kreativ departamentin toplantılarında fəal iştirak edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

 Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
 Adobe Photoshop, Adobe Illustrator və InDesign proqramlarının bilməsi;
 Digər qrafik dizayn proqramlarının bilməsi üstünlük kimi qiymətləndirilir;
 Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
 İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
 Bədii zövg və dizaynın müasir trendlərindən xəbər;
 Dünya görüşü və biliyə həvəs;
 Komandada işləmək bacarığı;
 Çeviklik və tez öyrənmə bacarığı;
 Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
 MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.

Üstünlüklərimiz:

• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV və portfolionuzu Recruiter@Sandler-HRM.com  e-mail ünvanına göndərəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP