Kopirayter
 
JOB TITLE: Kopirayter
EMPLOYER: Times Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-03 LAST UPDATED: 2019-09-04 DEADLINE: 2019-10-03

Times Consulting reklam şrkətinə Kopirayter tələb olunur.

Times Consulting 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcıların satılmasıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərin göstərilməsi ilə də məşğuldur.

Əsas vəzifələr:

• Şirkətin və şirkət müştəriləri üçün müxtəlif reklam sloqanları, promo kampaniyaların ad və mətnləri hazırlayır, redaktə və korrektə edir, yeniləyir;
• Kreativ Direktorun göstərişlərinə əsasən internet saytlar və sosial şəbəkələr üçün yaradıcı mətn və sloqanları yazır və təqdim edir;
• Xəbər və press-reliz mətnlərini hazırlayır;
• Video və audio reklam çarxları üçün (tele / radio verilişlər daxil olmaqla) ssenariləri yazır;
• Kreativ departamentin toplantılarında fəal iştirak edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

 Ali təhsil;
 Reklam sahəsində, sosial şəbəkələrin idarəedilməsi, saytlarla iş sahəsində ən azı 3 il iş təcrübəsi;
 Yüksək nitq və yazı qabiliyyəti;
 Azərbaycan və rus dillərinin mükəmməl bilməsi,
 İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
 İnternet və sosial şəbəkələrlə bağlı məlumatlılıq;
 Reklam bazarı haqqında məlumat və reklamda müasir trendlərdən xəbər;
 Dünya görüşü və biliyə həvəs;
 Detallara diqqət yetirmə qabiliyyəti;
 Çeviklik və tez öyrənmə bacarığı;
 Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
 MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.

Üstünlüklərimiz:

• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CVnizi Recruiter@Sandler-HRM.com  e-mail ünvanına göndərəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP