İngilis bölməsi üzrə Riyaziyyat müəllimi
 
JOB TITLE: İngilis bölməsi üzrə Riyaziyyat müəllimi
EMPLOYER: EduStudio MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-03 LAST UPDATED: N/A DEADLINE: 2019-10-03

Vəzifə: İngilis bölməsi üzrə Riyaziyyat müəllimi

Yerləşmə: Bakı, Azərbaycan

İşəgötürən: "EDUSTUDIO" MMC

Müqavilə növü: sərbəst qrafik
Əmək haqqı: Yüksək ödənişli (müsahibə əsasında)

Vəzifə haqqında:

"EDUSTUDIO" MMC şirkətində İnglis bölməsi üzrə RİYAZİYYAT müəllimi vəzifəsinə müraciət etmək üçün müvafiq sahədə ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq.
Dərslər Cambridge Universitetinin proqramı əsasında keçiriləcəkdir.

Namizədlərə tələblər:

• Müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi;
• Tələb olunan sahədə ən az 2 il müddətində pedaqoji təcrübə;
• İnglis dilində İntermediate və daha üstün səviyyə;
• 11-18 yaş qruplarını əhatə edən şagirdlərlə böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı;

Həmçinin əlavə olaraq:

• Təhsil yönümlülük və şagirdlərin təlimatlandırılması;
• Kursun tədris planının tələblərinə və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək;
• Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
• Şagird nailiyyətləri barədə vaxtında əhəmiyyətli rəy vermək;

EduStudio Təhsil mərkəzinin üstünlükləri: Burada təhsil alan şagirdlərə və çalışan bütün əməkdaşlara müasir, innovativ, yüksək səviyyədə təchiz edilmiş fəaliyyət mühitini təklif edir. Şirkətimizin dəstəkləyici mühitə, həmçinin, şagirdlər və müəllimlər arasında açıq dialoqun həyata keçdiyi əvəzsiz mühitə malik olması professional inkişaf üçün fürsətlər yaradır.
EduStudio haqqında əlavə məlumat: http://www.edustudio.az

Bizimlə əlaqə:

Maraqlanan namizədlər aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

• CV (şəkil ilə) (Word/PDF formatında).

Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Riyaziyyat müəllimi) qeyd olunmaqla, study@edustudio.az elektron ünvanına göndərilməlidir

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP