İnşaat mühəndisi
 
JOB TITLE: İnşaat mühəndisi
EMPLOYER: Zeta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-05 LAST UPDATED: N/A DEADLINE: 2019-10-05

Zeta Group-a daxil olan “Kensington” MMCİnşaat mühəndisi” üzrə vakansiya elan edir.

Namizədə tələblər:

• Təhsil: Ali (İnşaat mühəndisliyi üzrə olması arzuolunandır)
• İş təcrübəsi: Inşaat mühəndisi üzrə +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)
• Kompyuter bilikləri: MS Office (əla), Autocad, Tekla

Şəxsi keyfiyyətlər:

• Ünsiyyət qurmaq bacarığı
• Məntiqi təfəkkür, analiz etmə bacarığı
• İdarəetmə bacarığı
• Problem həll etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin həcminin, dəyərinin, keyfiyyət və kəmiyyətinin layihə-smeta sənədlərinə, tikinti standartlarına və texniki şərtlərinə uyğunluğuna nəzarət etmək;
• Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Forma №2 təhlili, görülən işlərə yerində baxış keçirilməsi, plandan kənar hal aşkarladıqda aktlaşdırılması və zəruri tədbirlərin görülməsi;
• Tikinti obyektlərində keçirilən tikinti, təmir, quraşdırma, yenidən təşkil və bərpa işlərində həyata keçirilən işlərə nəzarət etmək.

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 6/1 (Şənbə günü qısaldılmış iş günü)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 2000AZN

Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP