Əmək haqqı şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Əmək haqqı şöbəsinin mütəxəssisi
EMPLOYER: Azerbaijan Railways CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-05 LAST UPDATED: N/A DEADLINE: 2019-10-05

Vakansiyanın adı: Əmək haqqı şöbəsinin mütəxəssisi
Vakansiyanın kodu: V19090509
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: İnsan resursları İdarəsi
Vakansiya üzrə struktur: Əmək haqqı şöbəsi
Ödəniş növü: Vaxtamuzd
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 2 il

Tələb olunan komputer bilikləri:

- Ofis proqramları – yaxşı səviyyədə;
- Microfost Excel – sərbəst səviyyədə.

Tələb olunan xarici dil bilikləri:

Rus dili – yaxşı səviyyədə;
İngilis dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər:

- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə dair biliklər;
- Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə dair biliklər;
- Elektron hökümət portalına dair biliklər;
- Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat haqqında biliklər;
- Əmək haqqının hesablanmasına dair praktik biliklər;
- Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

- İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
- Araşdırma, analitik təhlil, müqayisə və qərar vermək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
- Nizam-intizamlılıq;
- Məqsədyönümlülük, nəticəyönümlülük;
- Təşəbbüskarlılıq, yeniliklərə adaptasiya bacarığı;
- Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
- Komanda ilə işləyə bilmək bacarığı;
- Daxili motivasiyalı.

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, yaxud mühəndislik sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Vəzifə öhdəlikləri: 

- Qanunvericiliyə uyğun olaraq əmək haqqılarının hesablanılması;
- Qanunvericilikdən irəli gələn müavinətlərin hesablanılması;
- Məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanılması;
- Kollektiv sazişdən irəli gələn digər növ ödənişlərin hesablanılması;
- Artıq saatların araşdırılması və iş saatlarının optimallaşdırılması;
- Əmək haqqına təsir edən amillərin araşdırılması və təhlili;
- Əmək qanunvericiliyindən və daxili qaydalardan irəli gələn sənədləşmə işinin aparılması;
- Əmək haqqı üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə və ya şəxsə vaxtında təqdim edilməsi;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Vakansiyanın elan olunma tarixi: 05.09.2019
Son müraciət tarixi: 15.09.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1505

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP