Marketinq meneceri
 
JOB TITLE: Marketinq meneceri
EMPLOYER: Elite Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-06 LAST UPDATED: N/A DEADLINE: 2019-10-06

“ELİTE GROUP”

Marketinq meneceri

Vəzifə Öhdəlikləri

- Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
- Şirkətin marketinq məlumat baza sisteminin qurulması
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
- Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
- Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
- Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
- Şirkət üzrə brend istifadəsinə nəzarət
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması
- Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
- PR və Reklam işlərinin aparılması
- Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
- Toplanmış məlumatlar və digər rəy və şərhləri nəzərə alaraq marketinq kampaniyalarının və strategiyalarının müvafiq qaydada monitorinqi və uyğunlaşdırılması; Rəqib tərəflərin kampaniyalarının qiymətləndirilməsi; Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və rəhbərlik üçün detallı hesabatların hazırlanması və şifahi təqdimatların edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
- Sosial media kampaniyalarının hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması;

Tələblər:

Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, Rəqəmsal marketinq və ya əlaqədar sahədə bakalavr
və/və ya magistr dərəcəsi
İş təcrübəsi: Müvafiq sahədə ən az 5 il iş təcrübəsi
Yaş 25-35
Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
Kompüter bilikləri: MS Office proqramları

Digər:

- Yüksək biznes etikası, dürüstlük və sadiqlik
- Güclü analitik düşünmə bacarığı, proaktiv düşünmə bacarığı
- Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
- Güclü ünsiyyət qurma bacarığı, güclü sənəd tərtib etmə bacarığı, yüksək keyfiyyətli biznes sənədləri hazırlamaq bacarığı
- Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı
- Gərgin iş mühitində işləmək bacarığı, stressin idarə edilməsi bacarığı

Əmək haqqı 1500 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini fermeri39@mail.ru elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP