Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax)
 
JOB TITLE: Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax)
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-10 LAST UPDATED: N/A DEADLINE: 2019-10-10

TƏCRÜBƏ PROQRAMI (Şirvan, Sabirabad, Bərdə, Yevlax)

Bank Respublika ASC istedadlı və motivasiyalı kollec, universitet tələbələri və yeni məzunlar üçün TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz Bankın müxtəlif sahələrində bilik və bacarıqlarınızı tətbiq edə biləcəyiniz, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.

Maraqlanan şəxslərin öz CV-lərini 22 sentyabr 2019-cu il tarixinədək hr@bankrespublika.az ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP