Təchizat mütəxəssisi
 
JOB TITLE: Təchizat mütəxəssisi
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-10 LAST UPDATED: N/A DEADLINE: 2019-10-10

Təchizat mütəxəssisi

Namizədə olan tələblər:

- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə (yazı, danışıq, oxuma) bilməli;
- İşgüzar danışıqları aparma qabiliyyəti olmalı;
- Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı;
- Komanda ilə işləməyi bacarmalı;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- Daxili və xarici kommunikasiya alətləri ilə iş bacarığı;
- Qarşısına qoyulan hədəfləri yerinə yetirməli;
- MS ofis proqramlarından peşəkar istifadə təcrübəsi;
- Vəzifə üzrə ən azı 1-3 il iş təcrübəsinin olması;
- Tibbi sahə üzrə təchizat təcrübəsinin olması (üstünlükdür)

İş barədə məlumat:

- Təchizat üzrə mütəxəssis, təchizat menecerinin göstərişləri əsasında şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir;
- Təchizat sifarişlərinin icra edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq ;
- İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanması, sifarişlərin qəbulu və dəqiqləşdirilməsi;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv icra edilməsi;
- Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılmasında iştirak etmək;
- ISO 9001: 2008 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat işinin icra edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən yazılı və şifahi tapşırıqları vaxtı – vaxtında, operativ, düzgün və təhlükəsiz icra etmək;

İş şəraiti:

- İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az  e-mail ünvanına “Təchizat mütəxəssisi” qeyd etməklə CV göndərməsi zəruridir.
CV-lərin şəkilli olması arzuolunandır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP