Texniki Prossesinq şöbəsinin Mütəxəssisi
 
JOB TITLE: Texniki Prossesinq şöbəsinin Mütəxəssisi
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-10 LAST UPDATED: 2019-09-11 DEADLINE: 2019-10-10

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Prosessinq/Bank
Vəzifə: Texniki Prossesinq şöbəsinin Mütəxəssisi  
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Sistemin monitorinqi;
• Yeni terminalların qeydiyyatı;
• Yeni məhsul, komisiyya və qaydaların əlavə edilməsi;
• İllik yeniləmələrin quraşdırılması;
• Müştəri şikayətlərinin baxılması;
• Yeni funksionalın testləşdirilməsi və implementasiyası;
• Proqram təminatçısıs ilə yazışmaların aparılması.

Namizədin Profili

• Linux (RedHat, CentOS) əməliyyat sistemi ilə iş təcrübəsi;
• SQL üzrə biliklərin olması arzu olunandır;
• Rus dili üzrə mükəmməl səviyyədə biliklər;
• Bank sahəsində iş təcrübəsinin olması müsbət qiymətləndirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Texniki Prossesinq şöbəsinin Mütəxəssisi  göstərməyiniz xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP