
Vəzifənin adı : İnformasiya Texnologiyaları departamenti, Proqram Təminatı şöbəsi, Proqram təminatı üzrə böyük mütəxəssis
Vəzifə öhdəlikləri:
• İT layihələrinin icrasında iştirak etmək; • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək; • Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək; • Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq; • Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması; • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi; • Proqramlarda rastlaşılan nasazlıqların aradan qaldırılması; • Təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək. Buraya proqramlaşdırmada istifadə olunan alətlər,Web və ya digər kitabxanalar daxildir; • İnkişaf etməkdə olan texnologiyaları, aparat və proqram təminatının araşdırılması aparmaq; • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət etmək; • Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;
Təhsil/Təcrübə:
• İnformasiya Texnologiyaları və ya Texniki sahədə Ali təhsilli olmalı; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi olmalı; • Visual studio C# T-SQL, asp.net, ms sql, oracle forms-da iş bacarığı; • Sertifikasiya arzuolunandır; • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli; • Azərbaycan dili sərbəst, Rus və İngilis dillərini yaxşı səviyyədə arzuolunandır; • İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stressə davamlı olmalı
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş vaxtı: 09:00 – 18:00 • İş qrafiki: 5 gün • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram təminatı üzrə böyük mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
|