Kargüzar (Şəki şəhəri üçün)
 
JOB TITLE: Kargüzar (Şəki şəhəri üçün)
EMPLOYER: Dövlət Qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-19 LAST UPDATED: N/A DEADLINE: 2019-10-19

Kargüzar (Şəki şəhəri üçün)

Vəzifə öhdəlikləri

1. Daxil olan və xaric olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq və rəhbərliyin tapşırığına müvafiq olaraq aidiyyəti üzrə struktur bölmələrə göndərmək;
2. Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparmaq, onların yerinə yetirilməsinə nəzarət etmək, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışları vermək ;
3. Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətlərinə nəzarət etmək, pozuntu halları barədə aidiyyəti üzrə məlumat vermək;
4. Vətəndaşların ərizə və şikayətlərinin qeydiyyatına uyğun olaraq onların icrasına nəzarət edir, ərizə və şikayətlərin icra müddəti pozulduqda müvafiq tədbirlərin görülməsi üçün birbaşa rəhbərə məlumat vermək;
5. Vətəndaşların müraciətləri üzrə kargüzarlıq işini aparmaq və vətəndaşların qəbulunu təşkil etmək;
6. Xidməti sənədlərin mühafizəsinin təmin edilməsində iştirak etmək;
7. Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb arxivə təhvil vermək;
8. Arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanılmasını təmin etmək;
9. Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etmək;
10. Arxivin yerləşdiyi yerdə yanğından mühafizə qaydasının gözlənilməsinə riayət etmək;
11. Arxiv sənədlərini və surətlərini vermək və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib etmək və onların hesabını aparmaq;
12. Arxiv işi haqqında hesabat tərtib etmək üçün məlumatlar hazırlamaq və s.

Namizədə bağlı tələblər

- Ali təhsilli və ən azı 1 il iş stajı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Azərbaycan dilini mükəmməl,rus və ingilis dilləri yaxşı səvviyyədə;

İş Şərtləri:

- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Kargüzar(Şəki şəhəri) yazaraq recruitmenthrbaku@gmail.com ünvanına göndərməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP