İnsan Resursları departamenti direktoru
 
JOB TITLE: İnsan Resursları departamenti direktoru
EMPLOYER: Mingachevir Textile DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-19 LAST UPDATED: N/A DEADLINE: 2019-10-19

İnsan Resursları departamenti direktoru

• İqtisadiyyat / Hüquq / Menecment / Biznesin təşkili sahəsində bakalavr dərəcəsi;
• İR sahəsində minimum 5 illik iş təcrübəsi;
• İR sahəsində rəhbər vəzifədə minimum 3 illik iş təcrübəsi (istehsalat müəssisəsində təcrübə mühümdür)

Tələb olunan bilik və bacarıqlar:

• Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• Azərbaycan dilində səlist, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• MS Word, MS Excel, MS PowerPoint, MS Outlook proqramlarında sərbəst iş qabiliyyəti;
• Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;
• Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
• İnnovativlik və yaradıcılıq bacarığı;
• Vaxtın səmərəli idarə olunması bacarığı;
• İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Vəzifə öhdəlikləri:

• İnsan resurslarının planlaşdırılması və idarəedilməsi;
• Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv təmin olunması;
• İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
• Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək;
• Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
• Müntəzəm olaraq (3, 6 və ya 12 aydan bir) əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
• İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
• Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
• Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
• İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
• Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.

İş saatları: I-V günlər, 9:00-18:00
İş yeri: Mingəçevir şəhəri, Mingəçevir Tekstil MMC

E - mail : rashad.karimov@mingachevirtextile.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP