Menecer
 
JOB TITLE: Menecer
EMPLOYER: Boranı restoranlar şəbəkəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-20 LAST UPDATED: N/A DEADLINE: 2019-10-20

İş barədə məlumat

- Restoran heyətinin tam və düzgün idarə olunması,
- Qarşısına qoyulan hədəflərin, satış planının yerinə yetirilməsi, yeni müştərilərin cəlb edilməsi,
- Şirkətdaxili nizam-intizam qaydaları barəsində işçilərin vaxtlı-vaxtında təlimatlandırılması,
- Mehriban və məsuliyyətli komanda ruhunun yaradılması, komanda işinin təşkil edilməsi,
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunub saxlanılması məqsədilə personal ilə mütəmadi təlimlərin aparılması,
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təşkili,
- Xidmətlə bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın personala öyrədilməsi və satış zamanı tətbiq edilməsi,
- Satış performansının artırılması ilə bağlı təkliflər planının hazırlanaraq rəhbərliyə təqdim edilməsi,
- Müştəri bazasının formalaşdırılması, korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması,
- Rəhbərliyə müvafiq hesabatların düzgün və vaxtında təqdim edilməsi,
- Restoranın işi ilə bağlı bütün əlaqədar bölümlərlə sıx əməkdaşlığın aparılması,
- Vəzifə səlahiyyətinə dair digər tapşırıqların həyata keçirilməsi.

İş rejimi və ə/haqqı barədə

- İş günü: 6 günlük, həftədə 1gün istirahət, 10 saatlıq iş rejimi,
- Nahar şirkət tərəfindən verilir,
- Baza əmək haqqı ilə yanaşı, əlavə satışa görə mükafat sistemindən faydalanmaq.

Namizədə tələblər

- Yaş həddi: 35-50
- Ali və ya orta ixtisas təhsili,
- Bəy və ya xanım namizəd,
- Müvafiq vəzifə üzrə minimum 10 illik iş təcrübəsi,
- Komputer biliyinin olması,
- Heyəti idarəetmə bacarığı,
- Azərbaycan və rus dilində səlist nitq
- Yüksək təqdimat bacarığı
- Səliqəli xarici görünüş, nitq mədəniyyəti, nəzakətli danışıq,
- Təşəbbüskar, dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq,
- Stressə davamlılıq,
- İşində dəqiqlik və detallara fikir vermə qabiliyyəti

CV-nizi şəkilli olmaqla lyama.amirova@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP