Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi
 
JOB TITLE: Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-25 LAST UPDATED: N/A DEADLINE: 2019-10-25

AFB Bank Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi vakansiyası elan edir.

Ünvan: Bakı şəhəri.

TƏCRÜBƏÇİYƏ  DAİR  TƏLƏBLƏR:

• İT sahəsi üzrə təhsil;
• Yaş həddi 20-26
• İş təcrübəsi və ya praktikanın olması üstünlükdür;
• Proqramlaşdırma dilləri, SQL və s. bilikləri üstünlükdür;
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word, Power Point);
• Ünsiyyətqurma qabiliyyəti və aktivlik;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Dəqiqlik, detallara diqqət yetirmək və yaradıcılıq qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
• Analitik düşünmə və işə planlı yanaşma bacarığı.

İŞİN TƏSVİRİ:

• Tərtib edilmiş funksionallığın test edilməsində aktiv iştirak etmək.
• Mövcud proseslərin optimallaşdırılmasına aid tapşırıqların qeydiyyata alınması (texniki sənədləşmənin aparılması) və tətbiq edilməsinin izlənilməsi;
• Sistemlərin inteqrasiyası prosesində iştirak və gedişatla bağlı hesabat verilməsi;
• Mütəmadi olaraq proseslər barədə rəhbər şəxslərə hesabatların verilməsi;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi üzrə təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP