Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: MediCenter DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-25 LAST UPDATED: N/A DEADLINE: 2019-10-25

Şirkətin adı: “MediCenter” MMC
İşin adı:     Mühasib
İş yeri:       Bakı şəh.
İş təcrübəsi: minimum 3 il
Əmək haqqı: 600-800 AZN

Vəzifə öhdəlikləri:

• Həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının maliyyə və digər qanunvericiliyinə uyğunluğunu təmin edir;
• Maliyyə hesabatlarını kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu        Standartlarına uyğun tərtib edir;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu və təşkilatın ehtiyatlarına qənaətcil istifadəsinə nəzarəti və onun mülkiyyətinin qorunmasını təmin edir
• Cəmiyyətin gəlir və xərclərinin uçotu, xərclər smetasının icrası, istehsalın realizasiyası, işlərin (xidmətlərin) icrası, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunu həyata keçirir
• İlkin sənədlər və mühasibat qeydləri əsasında Müəssisənin düzgün hesabatını tərtib edir, onun müəyyən olunmuş müddətdə hesabat istifadəçilərinə təqdimatını təmin edir;
• Cəmiyyətin ilkin və mühasibat sənədlərinin, hesablaşma və ödəmə öhdəliklərinin hazırlanması qaydalarını təmin edir
• Pul vəsaitlərinin, mal-material sərvətlərinin, əsas fondların, hesablaşma və ödəmə öhdəliklərinin inventarlaşdırılmasında müəyyən olunmuş qaydalara və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir.

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Vergi və əmək məcəlləsi üzrə biliklər,
• Excel ; 1C proqramları ilə işləmək bacarığı
• Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı;
• Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı
• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   hr@medicenter.az e-mail ünvanına 30.09.2019 cü il tarixinə qədər mövzu yerində “Mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP