Marketinq Menecer
 
JOB TITLE: Marketinq Menecer
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-25 LAST UPDATED: 2019-10-09 DEADLINE: 2019-10-25

Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərir.

“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir.

Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.

Namizədə olan tələblər

• Ali təhsil
• Bu sahə üzrə minimum 3 il iş təcrübəsi
• Səlist nitq və təqdimetmə bacarıqları
• Rəqəmsal Marketing üzrə biliklər mütləqdir (SEO, SEM, SMM)

Vəzifə üzrə tələblər

• Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
• Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
• Təklif olunan məhsul və xidmətə uyğun olaraq bazar seqmentinin xüsusiyyətini və bu xususiyyətlərin dəyişmə meyllərini müəyyən etmək;
• Marketinq ilə əlaqədar satış və gəlirlilik arasında uyğunluğu təmin etmək üçün satışın proqnozlaşdırılması və strateji planlaşdırmadan istifadə etmək;
• Marketinq, reklam və satış ilə əlaqədar fəaliyyətlərin birləşməsini müəssisənin strateji məqsədlərinə uyğun olaraq idarə etmək;
• Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar və telefon xərcləri ödənilir
• Əmək haqqı razılaşma yolu ilə

Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq Menecer” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP