Təhlükəsizlik əməkdaşı
 
JOB TITLE: Təhlükəsizlik əməkdaşı
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-26 LAST UPDATED: 2019-09-26 DEADLINE: 2019-10-26

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Təhlükəsizlik əməkdaşı
İş yeri: Bakı şəhəri, Keşlə və Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə min.1 il
Yaş həddi: 20-35 yaş

İşin Təsviri: Təyin olunduğu ərazinin təhlükəsizliyinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

- Təyin olunduğu ərazinin, məntəqənin personalının və mühitinin təhlükəsizliyinin təmin edilməsi;
- Maddi dəyərlərin oğurluğu və obyektin zərər çəkməsinə yol verməmək;
- Kamera vasitəsilə nəzarəti təmin etmək;
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Baş verən hadisələrlə bağlı növbə rəisinə mütəmadi olaraq məlumat vermək;
- Etika və mədəniyyət prinsiplərinə uyğun müştərilərə mükəmməl xidmət göstərmək;
- Təyin olunduğu ərazinin və ya məntəqənin bütün təhlükəsizilik qaydalarını dəqiq öyrənməli;
- Fövqəladə hal zamanı anında lazımi tədbirlərin görülməsi;
- Şirkətinin əmlakının yanğın, oğurluq, basqın zamanı qorunması.

Tələblər:

- Hərbi xidməti başa vurmuş olmalı;
- Boyu 178 sm-dən yuxarı olmalı;
- Fiziki sağlam olmalı (aktiv şəkildə idmanla məşğul olan şəxslərə üstünlük veriləcəkdir);
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Mühafizə sahəsində sertifikatın olması arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təhlükəsizlik əməkdaşı”  yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP