CRM və müştəri bazasının təhlili şöbəsinin meneceri
 
JOB TITLE: CRM və müştəri bazasının təhlili şöbəsinin meneceri
EMPLOYER: Azərbaycan Beynəlxalq Bankı DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-27 LAST UPDATED: N/A DEADLINE: 2019-10-27

Azərbaycan Beynəlxalq Bankı CRM və müştəri bazasının təhlili şöbəsinin meneceri vəzifəsini açıq elan edir. Bu komandanın aparıcı qüvvəsi olmaq və yeni şöbənin yaradılmasına rəhbərlik  etmək üçün nadir bir fürsətdir. 
Komanda idarəetməsində, müştəri bazasının təhlili və satışları artırmaq sahəsində təcrübəsi olan, şəxsi və peşəkar inkişaf axtaran təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Görəcəyiniz işlər:

 CRM şöbəsinin işinin təşkili və idarə edilməsi;
 Müştərilərin banka  loyallığını artırmaq və onların əldə saxlanması üçün fəaliyyətin planlaşdırması;
 Müştəri münasibətlərinin idarə edilməsi və müştəri təhlili üçün CRM strategiyalarının, siyasətlərinin və standartlarının hazırlanması, ən yaxşı təcrübələrin tətbiqi;
 CRM sisteminin inkişafı və tətbiqi proqramının idarə edilməsi: biznes tələblərinin formalaşmasında iştirak, həyata keçirilməsinə nəzarət etmək;
 Hədəf müştəri seqmentlərinin, müştəri davranışı təhlillərinin, strategiyaların hazırlanması, CRM kampaniyalarının planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
 Kampaniya fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması;
 CRM kampaniyalarının həyata keçirilməsi üçün biznes proseslərinin optimallaşdırılmasında iştirak;
 CRM istiqaməti üzrə uzunmüddətli inkişaf planının yaradılması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

 Adekvat əmək haqqı;
 Rahat iş şəraiti
 Təlim və inkişaf məsələlərindı bankın yaxından dəstəyi;
 Davamlı karyera inkişafı imkanları.

Əgər aşağıdakılar sizə aiddirsə o zaman siz bizim ideal namizədimizsiniz:

 CRM işində ən azı 2 il , təhlil üzrə ən azı 1 illik iş təcrübəsinə sahibsinizsə;
 Bank və ya Telecom şirkətlərdə CRM'in necə işlədiyini bilirsinizsə (riyazi statistikadan istifadə etməklə), satış metodları və kanallarını bilirsinizsə;
 Layihə fəaliyyətində, hədəf proseslərin təsvirində, inkişaf tapşırıqlarında bacarıqlara sahib olmalıdır
 Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilirsinizsə;
 Sərbəst PC istifadəçisisinizsə, proqramlardan, təhlil alətlərindən (Excel, R / Python / SaS və s.), verilənlər bazasından(SQL) sərbəst istifadə edə bilirsinizsə.

Əgər bizim axtardığımız İdeal namizəd sizsinizsə,15 oktyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına CV-nizi göndərin (məktubun mövzusunda " CRM və müştəri bazasının təhlili şöbəsinin meneceri " qeyd etməniz xahiş olur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP