İnsan Resursları üzrə mütəxəssis (Bölgələr)
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis (Bölgələr)
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-30 LAST UPDATED: N/A DEADLINE: 2019-10-30

İnsan Resursları üzrə mütəxəssis (Bölgələr)

Namizədə aid tələblər

• Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
• İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
• Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
• Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
• Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
• Mühasibatlıq (əmək haqqı hesablama) sahəsi ilə bağlı minimal biliklərə sahib olmalı;
• MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

İş haqqında məlumat

• Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
• Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması;
• İş yeri: Biləsuvar rayonu, Kürdəmir rayonu
• Digər bölgələrdən işə götürülən işçi şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 30.10.2019-ci il tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“ İnsan Resursları üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP