Servis koordinatorunun köməkçisi
 
JOB TITLE: Servis koordinatorunun köməkçisi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-30 LAST UPDATED: N/A DEADLINE: 2019-10-30

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Servis koordinatorunun köməkçisi

Tələblər:

• Ali təhsil
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri
• 1C və Excel proqramları biliyi vacibdir
• Müştərilər və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• Mübahisəli vəziyyətlərdə çalışma bacarığı

Vəzifələr:

• Qəbul şöbəsinin işində nəzarətə köməklik etmək
• Narazıçılıqlarla işləmək bacarığı, həlli yollarının axtarışı
• Mübahisəli vəziyyətlərin araşdırılması
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi

İş barədə məlumat:

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-VI günlər, Bazar günü-istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Servis koordinatorunun köməkçisi” qeyd edərək CV-lərinizi ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP