Qrafik Dizayner
 
JOB TITLE: Qrafik Dizayner
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-01 LAST UPDATED: N/A DEADLINE: 2019-10-31

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Qrafik Dizayner

İşiniz nədən ibarət olacaq:

- Reklam kampaniyalarımızın vizuallarını hazırlayacaqsınız və adaptasiyalar edəcəksiniz;
- Vitrinlərimiz və mağazalarımızın fasadları üçün dizaynlar hazırlayacaqsınız;
- Endirim kartları, açıqça, flayer, təqvimlər və s. hazırlayacaqsınız;
- Maraqlı vizual həllər axtarıb, reklamlarımızı daha da kreativ edəcəksiniz;
- Ayda bir dəfə təvəzökarlıqdan uzaqlaşıb, gördüyünüz super işlərlə bağlı hesabat hazılayacaqsınız .

Siz bu kriteriyalara cavab verirsinizsə, komandamız Sizi gözləyir:

- Öz işinizdən həzz alırsınız;
- Qürurla təqdim edə biləcəyiniz portfolionuz var;
- Qrafik dizayn trendlərindən xəbərdarsınız;
- Corel Draw, Photoshop, Adobe Illustrator-u söküb yığırsınız (3dsmax / Maya arzuolunandır);
- Adaptasiyalar edərkən cəldsiniz və qridlərə fikir verirsiniz;
- Mehriban, qayğıkeş insansınızsa.

Sizi nələr gözləyir:

- Gənc, kreativ, gül kimi komanda;
- Adekvat, loyal və eyni zamanda da tələbkar rəhbərlik. Təqdirəlayiq heç bir addımınız gözdən qaçmayacaq;
- 5 gün, 09:00-dan 18:00-dək hamımız bir yerdə olacağıq;
- Böyük ekranlı kompyuter, bir fincan kofe, kitablar və qulaqlıqlar;
- Təlimlər;
- Hər ad gününüzdə Kontakt Home-dan hədiyyə kartı.

Sizdən nələr gözləyirik:

- Hər ad gününüzdə Napoleon tortu (Meyvəli də olar).

Maaş məsələsi:

Portfolionuza, kreativliyinizi və cəld işləmə bacarığınızı dəyərləndirib yaxşı maaş təklif edəcəyik.

Yuxarıda qeyd olunan tələblərə özünüzü uyğun sayırsınızsa mövzu yerində “Qrafik Dizayner” qeyd edərək CV-nizi və Portfolionuzu ir@kontakt.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP