
Vəzifə: Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə İş yeri: Bakı Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
Namizədə dair tələblər:
• Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir); • Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq; • Dil bilikləri - Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması; • Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq; • Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması; • Sığorta şərtlərini müəyyən etmək; • Sığorta və təkrarsığorta müqavilələrinin hazırlanması; • Şirkət daxildən şöbəyə göndərilən riskləri qiymətləndirmək • Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək; • Gündəlik və aylıq hesabatları düzgün aparmaq, rəhbərliyə təqdim etmək; • Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi) qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.
|