Xarici əlaqələr üzrə loqistika meneceri
 
JOB TITLE: Xarici əlaqələr üzrə loqistika meneceri
EMPLOYER: Rimex Logistics & Trade DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-03 LAST UPDATED: N/A DEADLINE: 2019-11-02

Xarici əlaqələr üzrə loqistika meneceri

Vəzifə öhdəlikləri:

• Daxil olan sorğulara əsasən daşıma şirkətlərinə müraciət etmək, gələn təklifləri nəzərdən keçirmək və daha uyğun alternativi seçmək;
• Xarici və ya daxili nəqliyyat şirkətləri ilə qiymətlər barədə və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparmaq;
• Daxil olan yüklərin qəbul olunmasını, daşınmasını, yerləşdirilməsini, saxlanmasını təmin etmək;
• Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
• Beynəlxalq yükdaşımaların həyata keçirilməsi;
• Gömrük brokerimiz ilə bərəbər gələn yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesinin nəzarətdə saxlanıması;
• Yüklərin statusu haqqında məlumatın mütəmadi yenilənməsi
• İncoterms 2000 və 2010 şərtlərini bilməli
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək
• Yük sənədlərinin yoxlanılmasına nəzarət

Namizədə tələblər

• Cinsi: qadın
• Yaş həddi: 25-35 yaş aralığında olan  namizədlər
• Ali təhsil
• Analoji sahədə 2 il iş təcrübəsi;
• MS Office proqramlarını (MS Windows, MS Office (Excel, Word, Outlook, PowerPoint) əla bilmək
• Azərbaycan, rus, türk və ingilis dillərində danışıq, yazı və oxu qabilliyyəti;
• Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı.

Əlavə məlumatlar:

• Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 10:00 – 19:00;

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) leyla.abdullazade@mint.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Xarici əlaqələr üzrə loqistika meneceri) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP