Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi
 
JOB TITLE: Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-04 LAST UPDATED: N/A DEADLINE: 2019-11-03

“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Kredit riskləri üzrə rəhbərlik, tənzimləyici və digər istifadəçilər üçün mütəmadi hesabatların hazırlanması;
 Ehtiyyatların yaradılması;
 İFRS 9-un tətbiqi və bu sahə üzrə hesabatlılıqda iştirak etmək;
 Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
 Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini vermək;

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil;
 İFRS 9 İAS 39 üzrə biliklər;
 Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq;
 Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
 MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
CFA, DipİFR və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit Risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP