Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə üzrə aparıcı mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-04 LAST UPDATED: N/A DEADLINE: 2019-11-03

“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İT strukturları üzrə biznes proseslərin düzgünlüyünün yoxlanması;
 İT təhlükəsizliyi üzrə yoxlamaların aparılması;
 İT proseslər üzrə qaydaların hazırlanması;
 İT proseslər üzrə rəylərin verilməsi;
 İT proseslərində nöqsanları və çatışmazlıqları aşkar etmək və aylıq hesabatın rəhbərliyə verilməsi;
 Yeni məhsulların texnologiya tutumunun yükəslməsi və gündəlik qərarvermədə İT məsələlərin müzakirəsi

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat istiqaməti üzrə ali təhsil;
 İT risklərinin idarə edilməsi sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
 MS Excel, Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
SQL, COBIT və informasiya texnologiyalarının idarəolunması üzrə sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək; 

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyat risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP