Təchizat üzrə Mütəxəssis (Vendorlar ilə iş üzrə)
 
JOB TITLE: Təchizat üzrə Mütəxəssis (Vendorlar ilə iş üzrə)
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-07 LAST UPDATED: N/A DEADLINE: 2019-11-06

ATL Tech şirkəti 2013 cü ilin fevralında ATL Groupun infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkəti kimi yaradılmışdır. Şirkətimiz bir sıra qlobal şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

Hal-hazırda Təchizat üzrə Mütəxəssis (Vendorlar ilə iş üzrə) namizəd axtarışındayıq.

Öhdəliklər;

• Yeni tədarükçülər ilə əməkdaşlıq zamanı və öncə riski qiymətləndirməsinə aid olan standartların, əməliyyatların, təlimatların üçüncü tərəf kimi, ekspert qismində çıxış edərək hazırlanması;
• Davamlı inkişaf üçün təkliflər irəli sürmək, təchizatçılar ilə əməkdaşlıq strategiyasını və nəzarət metodologiyalarını inkişaf etdirmək;
• Biznesin dəyişən ehtiyaclarına müvafiq olaraq onları qarşılamaq;
• Tədarükçülər ilə bağlanmış müqavilələri tənzimləmək;
• Şirkətin tədarüküçlərə qoyduğu investisiyanı fayda ilə geri qaytarmağı üçün həll yollarını tapmaq, göstərilən xidmətlərin optimallaşdırılmasını həyata keçirmək;
• Müəsissənin prioritetlərini müəyyənləşdirmək, xidmət göstərən və tədarükçülər ilə şirkətin kredit kapitalının onun adi səhm dəyərinə nisbətini müəyyənləşdirmək, yeni yaxud mövcud göstərilən/alınan xidmtələr üçün təkliflər irəli sürmək;
• Dövlət qurumlarına göstərilən xidmətlər üçün bütün prosedurların,hesabatların müvafiq olaraq yerinə yetirilməsinə əmin olmaq;
• Üçüncü tərəf kimi Risk idarəetməsinin bütün uyğunluq prosedurlarının tamamlanmasına əmin olmaq;
• Bəzi tədarükçülər üçün illik büdcə planlamasında/ayrılmasında iştirak etmək;
• Büdcənin dəqiqliyini və efektivliyini artırmaq üçün yeni strategiyaları təkmilləşdirmək və həyata keçirmək;
• Mövcud olan hesabatlarda məlumat boşluğunu müəyyənləşdirərək, daha dolğun və düzgün məlumat toplamaq, maliyyə performansını artırmaq, daha yaxşı biznes nəticələri üçün analiz metodlarını təkmilləşdirmək;
• Nəticələri təhlil edib qiymətləndirərək, maraqlı tərəflərə xərcləri və səmərəliliyi artırmaq üçün tövsiyələr vermək;
• Aylıq olaraq proqnozlaşdırma və büdcənin müqayisəsini yerinə yetirmək;
• Hesab-fakturaların dəqiq və vaxtında ödənilməsini təmin etmək üçün bütün sənədlərin uğurla hazırlanmasını, əlaqələndirilməsini və icrasını təmin etmək;
• Faktura, alış sifarişlərinin yaradılması, büdcə ilə bağlı aylıq və illik hesabatların hazırlanmasını həyata keçirmək, böyük həcmli tədarükçülərə və rəhbərliyə ötürmək;
• Sənədləri, qeydləri, sistemləri, açıqlamaları yoxlayıb, tədarükçülər ilə mövcud təlimatların uyğunluğu haqqında hesabatlar hazırlamaq;
• Lazım olan sənədləri; müqavilələr, sığorta sertifikatları, audit hesabatları da daxil olmaqla yoxlayıb, saxlanılmasını həyata keçirmək;
• İstənilən biznes növü, daxili sorğular, audit və ya prosedur uyğunluğöu üçün lazım olan araşdırmaları aparmaq;

Naimizədə olan tələblər;

• Biznes İdarəetməsi, Maliyyə, İnformasiya Sistemləri ,Logistika və ya əlaqədar sahə üzrə Bakalavr dərəcəsi;
• Tədrükçülər ilə və ya Satınalmalar sahəsində minimum 2 il iş təcrübəsi;
• Təchizat Zəncirinin İdarə edilməsi, Maliyyə Menecmenti, Aktiv İdarəetmə və ya əlaqədar sahə üzrə 4 illik iş təcrübəsi;

Maraqlanan şəxslərdən CV-lərini mövzu hissəsində “Təchizat Mütəxəssisi (Vedorlar ilə) qeyd etməklə applicants@atltech.az göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizədlə müzakirə ediləcəkdir. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanacağını diqqətə almağınız xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP