Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi
 
JOB TITLE: Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-07 LAST UPDATED: N/A DEADLINE: 2019-11-06

Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

Kapital Bank namizədləri İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;;
• Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqi aparmaq;
• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
• Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər

• Texniki sahədə ali təhsil və ya peşə təhsili;
• Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
• Əla ünsiyyətqurma bacarığı;
• Komandada işləmək bacarığı.

CV-lərinizi, mövzu hissəsində “İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP