Satış və Marketinq departamentinin müdiri
 
JOB TITLE: Satış və Marketinq departamentinin müdiri
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-08 LAST UPDATED: N/A DEADLINE: 2019-11-07

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Satış və Marketinq departamentinin müdiri

Vəzifə öhdəlikləri:

 Topdansatış komandasının idarə edilməsi;
 Mövcud satış həcminin artırılması ilə bağlı strategiyaların işlənilib, hazırlanması;
 Satış və marketinq strateqiyalarının hazırlanması;
 Aylıq, illik və rüblük satış planlamasının hazırlanması və həyata keçirilməsi;
 Bazar araşdırmalarının aparılması, yeni çeşidlərlə bağlı təkliflərin verilməsi;
 Müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi, müqavilələrin bağlanması;
 Satış və marketinqlə bağlı yeni iş modellərinin işlənilib hazırlanması;
 Şöbənin işinin təşkili və idarə edilməsi.

Namizədə tələblər:

 Ali Təhsilli (Biznesin idarə edilməsi, Menecement, kommersiya və marketinq fakultəsini bitirən namizədlərə üstünlük veriləcək);
 Müvafiq sahə üzrə 2-3 illik iş təcrübəsi arzuolunandır;
 Topdansatış sahəsində 4-5 il iş təcrübəsi;
 Azərbaycan və Rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili üzrə biliklər arzuolunandır);
 Yüksək idarəetmə və komanda da işləməmk bacarıqları;
 Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları;
 Microsoft office proqramlarından istifadə bacarığı;
 Daxili və xarici ezamiyyətlərdə olmaq imkanı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədin bilik, təcrübə və bacarığına əsasən müəyyən ediləcək.
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Satış və Marketinq departamentinin müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP