Filiallarla kommunikasiya şöbəsinə namizəd
 
JOB TITLE: Filiallarla kommunikasiya şöbəsinə namizəd
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-08 LAST UPDATED: N/A DEADLINE: 2019-11-07

Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamenti Filiallarla kommunikasiya şöbəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Ofislərin inzibati binalarının dəyərləndirilməsi və tələbə uyğun yeni ofis sahələrinin axtarışı, təqdimatın hazırlanması və müqavilənin bağlanması;
 İcarəyə götürülən ofislərin texniki şərtlərinin bankın tələblərinə uyğun gəlməsinin araşdırılması;
 İcarəyə götürülmüş ofisin bankın konseptinə və normativ aktlara uyğun təmir edilməsinin izlənməsi;
 Ofsilərin işlək vəziyyətə gətirilməsi üçün müvafiq strukturlarla koordinasiya edilməsi

Vakant vəzifə üzrə tələblər:

 Riyaziyyat və ya iqtisadiyyat üzrə ali iqtisadi təhsil;
 Bank sahəsində, təminat, alqı-satqı, binaların dəyərləndirilməsi və s sahələrində minimum 2 il iş təcrübəsi;
 Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı;
 Ofis proqramlarında sərbəst iş bacarığı;

Digər əsas keyfiyyətlər:

 Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
 Komandada işləmək bacarığı;
 Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 31 Oktyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Filiallarla kommunikasiya şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP