Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis
 
JOB TITLE: Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis
EMPLOYER: Innovative Technologies in Education DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-08 LAST UPDATED: N/A DEADLINE: 2019-11-07

Vəzifə: Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis

Bu vəzifədə çalışan məsul şəxs, təşkilatın həyata keçirdiyi təlim proqramlarının keyfiyyətinin artırılması məqsədilə monitorinq və qiymətləndirmə fəaliyyətində təşkilata dəstək olacaq.

Bununla əlaqədar olaraq təlimlərin müşahidəsi, təlim mərkəzlərinə və təlimçilərin işlərinə nəzarət, təlim zamanı hazırlanan dərs planlarının və layihələrin yoxlanılması, mövcud olan problemlərin araşdırılması və bu problemlərin aradan qaldırılması üçün təkliflərin irəli sürülməsini, apardığı iş haqqında hesabatların hazırlanmasını və müdiriyyətə hesabatın verilməsi kimi işlər adı çəkilən vəzifə çərçivəsində həyata keçirilir.

Tələblər:

• Ali təhsil (Pedaqoji/Təhsil/İKT) sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Təlimçi vəzifəsi üzrə min. 3 il təcrübə
• MS Office proqramları biliyi
• Layihə idarəetmə sahəsi üzrə təcrübə
• Monitorinq və qiymətləndirmə sahəsi üzrə təcrübə
• Təhlil aparma bacarığı
• Konfliktlərin idarə olunması bacarığı
• Auditoriya ilə işləmə bacarığı
• Xidmətin keyfiyyətinin qiymətləndirilməsi
• Keçirilən monitorinq və qiymətləndirilmə nəticəsində toplanan məlumatların təhlili və hesabatların hazırlanması
• Hesabat təqdim etmə üzrə bilik və təcrübə
• Təqdimatetmə bacarığı
• Məsuliyyətli
• Diqqətli

Məşğulluq:

• Tam, Həftə içi 5 gün, 09:00-18:00
• Əmək haqqı müsahibə zamanı razılaşdırılacaqdır.

Uyğun namizədlərdən CV-ni hr@ite.az elektron ünvanına mövzu bölməsində vəzifənin adı (Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis) yazmaqla 14.10.19 tarixədək göndərmələri xahiş olunur.
Sizi Komandamızda görməkdən Məmnun Olarıq!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP