Marketinq departamenti, Məhsulların yaradılması şöbəsinin Baş mütəxəssisi
 
JOB TITLE: Marketinq departamenti, Məhsulların yaradılması şöbəsinin Baş mütəxəssisi
EMPLOYER: Bank BTB DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-28 LAST UPDATED: 2019-10-28 DEADLINE: 2019-11-27

Bank “BTB” ASC Marketinq departamenti, Məhsulların yaradılması şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Məhsulların yaradılması üzrə Baş mütəxəssis

İş barədə məlumat:

- Məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daima yeniləmək;
- Məhsul və xidmətlərin inkişafını təmin etmək və yeni məhsullar üçün biznes case-lərin hazırlanması
- Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, onların xüsusiyyətlərinə və şərtlərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması;
- Məhsulların satışının artırılması üçün müxtəlif tipli aksiyalar barədə təkliflərin hazırlanması və icrası;
- Bank daxili təhlillər və biznes ehtiyacları əsasında yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflərin hazırlanması
- Məhsul və xidmətlər barədə mütəmadi bazar araşdırmalarının aparılmasını, müştəri qruplarının müəyyənləşdirilməsinə dəstək üçün uyğun təkliflərin hazırlanması
- Yeni məhsul ideyalarının yaradılması üçün mütəmadi olaraq satış komandası ilə fikir mübadiləsinin aparılması və onların təkliflərinin ideyaya çevrilməsinin təmin edilməsi;
- Məhsulların filiallara təqdim edilməsi üçün təlim materiallarının, broşurların, təlimatların hazırlanılması;
- Məhsullara dair bankın kommunikasiya kanalları üçün kontentin hazırlanmasına dəstək (website, broşur və sair);
- Bank məhsullarının satışının artırılması strategiyalarını hazırlanmasına dəstək vermək və yeni satış kanallarını müəyyənləşdirmək
- Departament rəhbərinin məhsul və xidmətlərin inkişafı üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.

Namizədə tələblər:

- Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- Ən azı 2 il marketinq və məhsuların yaradılması sahəsində iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi.
- Yüksək ünsiyyətqurma və təqdimat bacarıqları;
- Yüksək analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti;
- Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;

Sizə nə təklif edirik?

- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Noyabr 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Məhsulların yaradılması şöbəsinin Baş mütəxəssisi ) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP