İnşaat Mühəndisi
 
JOB TITLE: İnşaat Mühəndisi
EMPLOYER: Hidro İnşaat Servis MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-17 LAST UPDATED: N/A DEADLINE: 2019-11-16

“Hidro İnşaat Servis” MMC, beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirir. Şirkət yarandığı tarixdən ölkə daxilində və xaricində bir çox tikinti layihələrini uğurla başa vurmuşdur.

Şirkət İnşaat Mühəndisi axtarır.

Namizədə dair tələblər:

İnşaat mühəndisliyi, sənaye və mülki tikinti üzrə ali təhsil;
Tikinti işlərində ən azı 3 il iş təcrübəsi;
Dəmir-beton işləri, boru xətlərinin tikintisi, qaynaq işləri ilə əlaqədar təcrübə;
Tikinti norma və standartları haqqında məlumatlı olmaq;
İnfrastruktur və neft-qaz sənayesi sahələrdə iş təcrübəsi olanlara üstünlük verilir;
Azərbaycan və ingilis dillərini sərbəst bilməli;
Komputer proqramlarından mükəmməl istifadə etmə bacarığı (MS Excel, Word, Auto Cad).
 
Vəzifə öhdəlikləri:

Təyin edildiyi layihədə tikinti-quraşdırma işləri layihəyə, plana, tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
Layihə barəsində periodik raportları hazırlamaq.
Tikinti təsvirlərini, müqavilə sənədlərini, texniki spesifikasiyaları yoxlamaq.
 
Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Günorta yeməyi şirkət tərəfindən qarşılanır.
 
Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.
 
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP