Partnyorlarla iş şöbəsinin müdiri
 
JOB TITLE: Partnyorlarla iş şöbəsinin müdiri
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-17 LAST UPDATED: N/A DEADLINE: 2019-11-16

Bank Respublika ASC “Partnyorlarla iş şöbəsinin müdiri” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Ödəniş sistemləri və rəqəmsal məhsulların inkişafı üzrə yeni təkliflərin hazırlanması və layihələrin aparılması;
• Potensial partnyor ola biləcək şirkətlərlə əlaqələrin qurulması və bank məhsullarının təqdimatı;
• Ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı üzrə işlərin aparılması;
• Kütləvi və partnyor kampaniyaların həyata keçirilməsi;
• Bazar və rəqib analizlərinin aparılması və bu analizlər əsasında qiymətləndirmə təkliflərinin verilməsi;
• Bankın müştəri bazasının analiz olunması və müvafiq olaraq CRM kampaniyaların həyata keçirilməsi;

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə ən azı 5 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (əla)
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla iş şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP