Əmək haqqı üzrə mühasib
 
JOB TITLE: Əmək haqqı üzrə mühasib
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-17 LAST UPDATED: N/A DEADLINE: 2019-11-16

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Əmək haqqı üzrə mühasib

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il
Təhsil: Ali təhsil(Maliyyə və Mühasibatlıq yönümlü)

İşin Təsviri:

Əmək haqqı üzrə mühasib ştatının uyğun olan vəzifə öhdəliklərinin yerinə yetirilməsi(Qanunda olan son dəyişikliklər nəzərə alınmaqla)

Vəzifə öhdəlikləri:

- Əmək haqqı ilə bağlı qanunları bilməli (Əmək məcəlləsi, sosial sığorta haqqında qanun və bununla bağlı digər normativ aktlar);
- Əmək haqqı ilə bağlı elektron sistemlərdən (portallardan) istifadəni bacarmalı;
- DSMF-lərin hesablanması və dövri hesabatların hazırılanıb təqdim edilməsi;
- Məzuniyət, ezamiyət və müavinatların hesablanması və uyğun qurumlara məlumatların təqdim edilməsi;

Tələblər:

- MS Office proqramları biliyi;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Məsuliyətli və çalışqan;
- Problemləri həll etmə bacarığı;
- Rus və İngilis dilini bilmək arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

- Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları:

cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əmək haqqı üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP