Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli)
 
JOB TITLE: Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli)
EMPLOYER: Global Leasing MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-17 LAST UPDATED: N/A DEADLINE: 2019-11-16

           

İşəgötürən :  “GLOBAL LEASING” MMC

Vakansiya: Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli)

Vəzifələr:

• Şirkətin siyasət, prosedur və qaydalarının hazırlanmasında dəstək vermək;
• Müxtəlif tipli müqavilələri hazırlamaq, onların icrasına nəzarəti təmin etmək;
• Lizinq xidmətinin inkişafı ilə bağlı hüquqi aspektdə təhlillər aparmaq, nəticələri hesabat şəklində rəhbərliyə təqdim etmək;
• Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirmək;
• Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanması, habelə onların icmallaşdırılmasında fəal iştirak etmək;
• Rəhbərliyin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.

Tələblər:

• Ali hüquqi təhsilin olması;
• Ən azı 2 (iki) il lizinq, bank və ya kredit təşkilatında hüquqşünas üzrə təcrübə;
• Analitik düşüncə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Dəqiq planlaşdırma və nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarından istifadə bacarığı.

Qeyd: iş yeri Bakı şəhərində yerləşir, namizəd dövrü olaraq Bayıl və NZS qəsəbəsindəki ofislərə səfər təşkil etməlidir.

Əmək haqqı müsahibə yolu ilə təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli)” qeyd edərək öz CV-ni office@globaleasing.az və x.akhundov@ globaleasing.az email ünvanlarına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP